Archived documentation version rendered and hosted by DevNetExpertTraining.com
Git
Chapters ▾ 2nd Edition

1.7 Başlanğıc - Kömək Almaq

Kömək Almaq

Git’dən istifadə edərkən köməyə ehtiyacınız olarsa, istənilən Git əmrinə dair ətraflı təlimat səhifəsinə (manpage) keçid etmək üçün 3 eyni yol mövcuddur.

$ git help <verb>
$ git <verb> --help
$ man git-<verb>

Məsələn, git config əmri üçün manpage yardımına əmrini icra edərək çata bilərsiniz.

$ git help config

Bu əmrlər yaxşıdır, çünki siz onlar istənilən yerdən, hətta oflayn olduqda belə istifadə edə bilərsiniz. Əgər manpage-lər və bu kitab bəs etməzsə və sizin şəxsi yardıma ehtiyacınız olarsa, https://freenode.net adresindən tapa biləcəyiniz Freenode IRC serverindəki #git və ya #github kanallarını yoxlaya bilərsiniz Bu kanallar adətən Git haqqında bilgili və kömək etməyə açıq olan yüzlərlə insan tərəfindən dolu olurlar.

Əlavə olaraq, kömək üçün ətraflı yazılmış manpage-dən istifadə etmək istəməsəniz, Git əmrinin özəlliklərini xatırlamaq üçün daha yığcam çıxarış verən -h və ya --help seçimlərindən istifadə edə bilərsiniz:

$ git add -h
usage: git add [<options>] [--] <pathspec>...

    -n, --dry-run         dry run
    -v, --verbose         be verbose

    -i, --interactive     interactive picking
    -p, --patch           select hunks interactively
    -e, --edit            edit current diff and apply
    -f, --force           allow adding otherwise ignored files
    -u, --update          update tracked files
    --renormalize         renormalize EOL of tracked files (implies -u)
    -N, --intent-to-add   record only the fact that the path will be added later
    -A, --all             add changes from all tracked and untracked files
    --ignore-removal      ignore paths removed in the working tree (same as --no-all)
    --refresh             don't add, only refresh the index
    --ignore-errors       just skip files which cannot be added because of errors
    --ignore-missing      check if - even missing - files are ignored in dry run
    --chmod (+|-)x        override the executable bit of the listed files
scroll-to-top