Archived documentation version rendered and hosted by DevNetExpertTraining.com
Git
Chapters ▾ 2nd Edition

1.4 Başlanğıc - Əmr Sətiri

Əmr Sətiri

Git’i istifadə etməyin bir çox yolu var. Original əmr-sətiri və müxtəlif özəlliklərə sahib olan çoxlu qrafikal istifadəçi interfeysinə sahib alətlər mövcuddur. Bu kitab üçün biz əmr sətirindən istifadə edəcəyik. Kimisi üçün əmr sətiri bütün Git əmrlərini işlədə biləcəyiniz tək yerdir — bir çox qrafiki istifadəçi interfeysləri sadəlik üçün Git-in funksionallığının alt çoxluğunu istifadə edir.

Əgər əmr sətirli versiyanın necə işlədildiyini bilirsinizsə, böyük ehtimalla siz həm də qrafikal istifadəçi interfeysi necə işlətməli olduğunuzu da anlayacaqsınız, ancaq bunun əksi çox doğru deyil.

Həmçinin sizin qrafiki proqramdan istifadəniz şəxsi zövq məsələsi olsa belə, əmr-sətiri alətləri bütün istifadəçilər üçün quraşdırılmış və əlçatan olacaqdır.

Beləliklə biz sizdən macOS’da Terminal-ı necə açmalı olduğunuzu və ya Windows’da PowerShell’i necə açmalı olduğunuzu bilməyinizi gözləyirik. Əgər bizim nə haqqında danışdığımızdan xəbəriniz yoxdursa, burada dayanıb, bu haqda sürətli araşdırma aparmalı və kitabda danışılan digər nümunələr və izahları izləməlisiniz.

scroll-to-top